2025-ci ilin yanvar-dekabr aylarının yekunlarına əsasən, "İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin birja dövriyyəsi və əməliyyatlarının həcmi açıqlanıb.
FED.az xəbər verir ki, şirkətin ümumi əməliyyat həcmində kəskin artım qeydə alınıb.
Hesabat dövründə "Invest-Az"ın cəmi əməliyyatlarının həcmi ötən illə müqayisədə 2,2 dəfə və ya 1 milyard 372 milyon 735 min manat artaraq 2 milyard 504 milyon 754 min manata çatıb. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 132 milyon 19 min manat idi.
Dövriyyənin strukturunda ən böyük paya malik olan Repo əməliyyatları 2,1 dəfə və ya 974 milyon 725 min manat artaraq 1 milyard 826 milyon 140 min manat təşkil edib.
Korporativ istiqrazlar bazarında şirkətin dövriyyəsi rekord həddə – 4,7 dəfə və ya 248 milyon 162 min manat artaraq 314 milyon 935 min manata yüksəlib.
Dövlət istiqrazları (Maliyyə Nazirliyi) üzrə əməliyyatların həcmi 66,9% və ya 137 milyon 645 min manat artaraq 343 milyon 464 min manat olub.
Mərkəzi Bankın notları (ARMB qiymətli kağızları) üzrə əməliyyatlar da 3,6 dəfə və ya 12 milyon 798 min manat artaraq 17 milyon 732 min manata çatıb.
Səhmlər üzrə əməliyyatların həcmi 2 milyon 481 min manat təşkil edib.
İnvestisiya şirkətinin əməliyyatların sayı 2 233 əqd olub. Ötən il bu rəqəm 4 475 idi.










