2021-ci ilin ilk 4 ayı ərzində korporativ istiqrazlar ilə aparılan əməliyyatın həcminə görə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, “BTB Kapital İnvestisiya Şirkəti” QSCvə "İnvest-Az İnvestisiya Şirkəti" QSC öndə olublar.
Eləcə də bax: Birja üzvlərinin dövriyyələri açıqlandı - SİYAHI
FED.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” 101 milyon 932 min manat ticarət həcmilə 1-ci, “BTB Kapital İnvestisiya Şirkəti” 92 milyon 631 min manat ticarət həcmilə 2-ci, "İnvest-Az İnvestisiya Şirkəti" isə 55 milyon 85 min manat ticarət həcmilə 3-cü yeri tutub.
Səhmlər ilə ən çox əməliyyatlar “MFX Trading İnvestisiya Şirkəti” (10 milyon 51 min manatlıq), "İnvest-Az İnvestisiya Şirkəti" (1 milyon 209 min manatlıq ) və “PAŞA Kapital İnvestisiya Şirkəti” (1 milyon 59 min manatlıq) tərəfindən aparılıb.
Dövlət istiqrazları ilə ən çox əməliyyat “PAŞA Kapital İnvestisiya Şirkəti” və “BTB Kapital İnvestisiya Şirkəti”, Mərkəzi Bankın notları ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” və "AzFinance İnvestisiya Şirkəti" aparıb.
Repo əməliyyatlarının dövriyyəsinə görə “PAŞA Kapital İnvestisiya Şirkəti” və “Unicapital İnvestisiya Şirkəti” müvafiq olaraq 1-ci və 2-ci yeri tutublar.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.