İpoteka və Kredit Zəmanət Fondunun bütün dövriyyədə olan istiqrazlarının təxminən 80%-i Mərkəzi Bankın portfelində cəmləşib. Bu geri alım mexanizmi fonda ən güclü maliyyə təminatlarından biri hesab olunur.
"Fitch" Azərbaycan İpoteka Fondunun reytinqini "BBB-" səviyyəsində təsdiqləyib
FED.az xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin qiymətləndirməsində bildirilib. Qeyd edilib ki, İKZF-nin maliyyə sabitliyinin əsas dayağı dövlət dəstəyidir.
"Fitch" qeyd edir ki, İKZF 2024–2025-ci illərdə dövlət büdcəsindən sosial ipotekaların maliyyələşdirilməsi üçün ümumilikdə 172,7 milyon manat kapital transferi alıb. Fond ölkədə gəlir vergisi ödəməkdən azad edilən dörd qurumdan biri olmaqla yanaşı, məhsullarına və istiqrazlarına tətbiq olunan “xüsusi risk qrupu” təsnifatı sayəsində də dolayı dövlət dəstəyi əldə edir.
Agentlik bildirir ki, tənzimləyici və siyasi dəstəyin orta müddətdə güclü olaraq qalacağı gözlənilir. Dövlətin 2026-cı ildə əlavə 100 milyon manat ayırması planlaşdırılır ki, bu vəsait əsasən sosial ipotekaların genişləndirilməsinə və müəyyən hissəsi KOB-lara kredit subsidiyasına yönəldiləcək.
Xatırladaq ki, "Fitch Ratings" İKZF-nin uzunmüddətli xarici və yerli valyutada olan reytinqlərini “BBB-” səviyyəsində təsdiqləyib, proqnozu isə “Stabil” olaraq saxlayıb. (Apa)













