29 mart 2022-ci il tarixində Bakı Fond Birjasında "FİNCA AZƏRBAYCAN" QBKT MMC-nin tədavül müddəti 2 təqvim ili olan AZ2003019208 dövlət qeydiyyat nömrəli, 3 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Birjadan FED.az-a daxil olmuş məlumata görə, hərrac zamanı 9 investor tərəfindən 9 sifariş təqdim edilmişdir.
İstiqrazın illik faiz dərəcəsi 12.5 % , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir. İstiqrazların ödəmə tarixi 18 mart 2024-cü ildir.
Yerləşdirmə üzrə anderrayter "AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.