16 mart 2023-cü il tarixində Bakı Fond Birjasında "Finca Azərbaycan" QBKT MMC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 100 manat olan AZ2005019206 dövlət qeydiyyat nömrəli, 3 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Bakı Fond Birjasında "Finca Azərbaycan" istiqrazları üçün - ZƏNGİ MƏRASİMİ
FED.az Birjanın yaydığı məlumatda istinadən xəbər verir ki, hərrac zamanı 7 investor tərəfindən qiyməti 100 manat (12.5%) olan 7 sifariş təqdim edilib.
İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 100 manat (12.5%) müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3 milyon manat təşkil edib.
Yerləşdirilmiş istiqrazların ümumi həcmi “AzFinance investisiya şirkəti” QSC-nin və “Unicapital investisiya şirkəti” ASC-nin investorları tərəfindən təmin edilib.
İstiqrazın illik faiz dərəcəsi 12,5 %, faiz ödəniş dövrü isə hər 3 aydan bir təşkil edir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür