"Finca Azərbaycan" Qeyri-Bank Kredit Təşkilatı MMC 3 milyon manatlıq istiqraz buraxır.
FED.az xəbər verir ki, buraxılış hər birinin nominal dəyəri 100 manat olan 30 min ədəd faizli, sənədsiz, təminatsız, adlı istiqrazdan ibarətdir.
İstiqrazlar üzrə faiz dərəcəsi illik 12,5%-dir.
Faiz ödənişi 3 aydan bir həyata keçiriləcəkdir.
Ətraflı buradan tanış ola bilərsiniz.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.