ABŞ-ın "Fidelity Global" maliyyə şirkətinin rəhbəri Curriyen Timmer (Jurrien Timmer) "Bitcoin"dən kəskin artım gözləyir və kriptovalyutanın dəyərinin 2023-cü ilə 100 min ABŞ dollarına çatacağını proqnozlaşdırır.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, dünyanın ən populyar kriptovalyutasının kəskin bahalaşması əminliyi impulsiv treyderlərdə bu kriptovalyutaya yüksək maraq oyadıb. Timmer bildirib ki, "Bitcoin"in dəyərinin oktyabrda qeydə alınmış 31%-lik artımı dayanıqlıdır və burada köpük effektindən söz gedə bilməz.
C. Timmer qeyd edib ki, proqnozlarında özünün tələb və təklif modelinə əsaslanır və bu modelə görə, bazarda qısamüddətli treyderlərin payı azaldıqca qiymət qalxacaq. Belə ki, "Bitcoin"in sonuncu bahalaşmaları zamanı qısamüddətli treyderlərin əlindəki "Bitcoin"lərin payı 15%-ə enib.
Timmer əlavə edib ki, sözügedən kriptovalyutanın dəyərinin 100 min dolları üstələyəcəyi halda belə, bu, ABŞ dolları üçün təhlükəyə çevrilməyəcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.