FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) iki gündür davam edən iclasının monetar siyatəin gələcəyinə dair qərarlarından sonra birjalarda qarışıq tendensiya müşahidə olunub.
İnvestisiya fondlarına dair - YENİ TƏLƏBLƏR OLACAQ
FED uçot faiz dərəcəsiini proqnozlaşdırıldığı kimi dəyişməyərək, 5-5.25% aralığında sabit saxlayıb.
Bankdan verilən açıqlamada, iclasda federal fondların faiz aralığının sabit saxlanılmasının FOMC-yə alınan məlumatları və bunun monetar siyasətə təsirlərini qiymətləndirməyə imkan verəcəyinə diqqət çəkilib.
FED bu ilin sonu üçün federal fondların uçot dərəcəsi ilə bağlı proqnozunu 5.1%-dən 5.6%-ə qaldırdı ki, bu da ilin sonunda mümkün əlavə faiz artımlarına işarə etdi. FED-in faiz dərəcəsi proqnozu 2024-cü il üçün 4.3%-dən 4.6%-ə, 2025-ci il üçün isə 3.1%-dən 3.4%-ə qaldırılıb.
Faiz artımları proqnozlarına dair irəliləyən günlərdə digər FED rəsmilərinin çıxışlarında da mesajlar yer alarsa, bu yenidən dollara tələbin armasına səbəb ola bilər.
Dünən 102.65 bən hədlərinə qədər geriləyən dollar indeksi, faiz artımı proqnozları fonunda yenidən 103.30 bəndə yüksəlib. Əgər DXY 103.50 bənd həddindəki psixoloji səviyyənin üzərində möhkəmlənə bilsə, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər.
FED-in faiz artımı ehtimalları fonunda qızıl kəskin ucuzlaşdı. “Ayılar” qızılın bir unsiya üzrə qiymətini son 3 ayda aktuallığını qoruyan 1941$ səviyyəsindəki dəstək həddinin altına sala bildilər. Hazırda 1934$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1931$-ın altında düşsə, eniş tendensiyası 1923$ və 1900$ hədlərinə kimi davam edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.