4 noyabr 2022-ci il tarixində qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac - KEÇİRİLƏCƏK
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 27 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Embafinans" QSC-nin ümumi dəyəri 1 milyon 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 1500 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 10%, tədavül müddəti 1 il, kupon faizlərinin ödəniş müddəti hər 3 aydan birdir.
Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.