21 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında "Ekspress-C" ASC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2003023606 dövlət qeydiyyat nömrəli, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 7 investor tərəfindən 7 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 1 milyon manat olub.
İstiqrazın illik faiz dərəcəsi 12.5 % , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.
Yerləşdirmə üzrə anderrayter "AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.