22 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında "Ekspress-C" ASC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2002023607 dövlət qeydiyyat nömrəli, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 4 investor tərəfindən 4 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 1 miyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 20 dekabr 2023-cü ildir.
İstiqrazın illik faiz dərəcəsi 12.5 %, faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödəniləcəkdir.
Yerləşdirmə üzrə anderrayter "AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.