Dövlət qiymətli kağızlar bazarı 2018-ci ildən bu günə qədər 9 dəfə artıb
FED.az xəbər verir ki, Azər Mürsəqilov Maliyyə İnvestisiya Forumunda çıxış edərək bildirib ki, dövlət qiymətli kağızlar bazarının sıçrayışlı artımı 2018-ci ilə təsadüf edir. Həmin il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli strategiya sənədi qəbul olunub. Strategiyanın uğurlu icrası nəticəsində bu bazar 9 dəfə artaraq bu gün 9 milyard manat həcmə çatıb. Bununla yanaşı, təkrar bazar 5 dəfə, repo əməliyyatlarının həcmi isə təqribən 60 dəfə artıb.