Bu ilin yanvar-sentyabr aylarında "CPM-İnvest İnvestisiya Şirkəti" QSC-nin birja dövriyyəsi 4 milyard 282 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 1 milyard 811 milyon manat və ya 73% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 116,1 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 270,7 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 6,4 milyon manat, səhmlər üzrə dövriyyəsi 31,6 min manat, repo əməliyyatları üzrə dövriyyəsi 3 milyard 889 milyon manat olub.
Cari dövrdə “CPM-məl İnvestisiya Şirkəti”nin repo əməliyyatlarının dövriyyəsi 2,15 milyard manat ( 2,2 dəfə) artıb.
ARMB qiymətli kağızları üzrə dövriyyə isə 6,6 milyon manat və ya 6% artım göstərib.
Lakin, dövlət istiqrazları üzrə dövriyyə 330,2 milyon manat və ya 55,0% (yəni 2,2 dəfə) azalıb.
Korporativ istiqrazlar üzrə dövriyyə 16 milyon manat və ya 71,6% (yəni 3,5 dəfə), səhmlər üzrə dövriyyə isə 3,0 milyon manat və ya 99% (yəni 95,1 dəfə) kəskin şəkildə azalıb.