"CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin yanvar-iyun ayları üzrə birja dövriyyəsi məlum olub.
FED,az Bakı Fond Birjasının açıqladığı hesabata istinadən xəbər verir ki, şirkətin əməliyyatlarının həcmi təqribən 1 milyard 519 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 57,7 milyon manat və ya 4% çoxdur.
Şirkətin ARMB qiymətli kağızları dövriyyəsi 88,8 milyon manat, dövlət istiqrazları dövriyyəsi 433,9 milyon manat, korporativ istiqrazlarının həcmi 20,6 milyon manat, səhm əməliyyatlarının dövriyyəsi 932,5 min manat, repo əməliyyatlarının dövriyyəsi 974,4 milyon manat həcmində olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə ARMB qiymətli kağızları dövriyyəsi 68,9% (36,2 milyon manat), dövlət istiqrazlarının dövriyyəsi 59,3% (161,5 milyon manat), korporativ istiqrazlarının dövriyyəsi 71,7% (8,6 milyon manat) artıb, repo əməliyyatlarının dövriyyəsi 29,7% (394,6 min manat), səhmlərinin dövriyyəsi 13,2% (148,2 milyon manat) artıb.
Şirkətin cəmi əməliyyatlarının sayı isə 550 ədəd və ya 43,4% artaraq 1 816-ya yüksəlib.