Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “CPM-İnvest İnvestisiya Şirkəti” QSC öz müraciəti əsasında "Bakı Fond Birjası" QSC-yə üzv qəbul edilib.
FED.az xəbər verir ki, bu barədə BFB-dən bildirilib.
Məlumata görə, bununla da Birjanın üzvü olan investisiya şirkətlərinin sayı 10-a çatıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “CPM-İnvest İnvestisiya Şirkəti”ni bu ilin yanvar ayında dövlət qeydiyyatına alıb. Yeni maliyyə qurumunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 1 058, mənzil 36a, nizamnamə kapitalı 400 min manat, qanuni təmsilçisi isə Nəriman Sabir oğlu Hadıyevdir. (Report)