Azərbaycan Mərkəzi Bankı (AMB) "CFİ Financial İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsini cərimələyib.
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, maliyyə qurumunda aparılmış tematik yoxlama zamanı "İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları"nın tələblərinə tam əməl edilmədiyi üzə çıxıb. Odur ki, investisiya şirkətinin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində 416-cı maddə qiymətli kağızlar bazarında isenziyalaşdırılan fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına aiddir.
416.0.1-cimaddə isə investisiya şirkəti fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə cərimələri nəzərdə tutur.
Mərkəzi Bankın bununla bağlı açıqlamasında pozuntunun nədən ibarət olduğu dəqiq açıqlanmır.













