İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti noyabrın 30-da və dekabrın 2-də özəlləşdirmə hərracları təşkil edəcək.
FED.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, ilk hərraca 12 kiçik dövlət müəssisəsi, 2 qeyri-yaşayış binası və yarımçıq tikili, növbəti hərraca isə “Ceyranbatan Dəmir Beton” ASC-nin dövlətə aid səhmləri çıxarılacaq.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3BJG622)
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.