Bu ilin yanvar-noyabr aylarında “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 938,4 milyon manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 226,6 milyon manat və ya 19,5% azdır.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 93 milyon 212 min manat,dövlət istiqrazları üzrə dövriyyə 66 milyon 736 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 23 milyon 721 min manat, səhm əməliyyatları üzrə dövriyyə 4 milyon 148 min manat, repo əməliyyatları üzrə dövriyyə 750 milyon 607 manat təşkil edib.
Əməliyyat sayı isə 456 təşkil edib.
Əvvəlki illə müqayisədə ARMB qiymətli kağızları üzrə dövriyyə 211 milyon 946 min manat (3,3) dəfə azalıb, dövlət istiqrazları üzrə dövriyyə 46 milyon 302 min manat (3,3 dəfə) artıb, korporativ istiqrazlar üzrə dövriyyə 22 milyon 149 min manat (15,1 dəfə), səhm əməliyyatları üzrə dövriyyə 4 milyon 143 min manat (830,4 dəfə) artıb, repo əməliyyatları üzrə dövriyyə 87 milyon 280 min manat (10,4%) azalıb.
Əməliyyat sayında isə 6 ədəd və ya 1,3% azalma qeydə alınıb.