Xəbər verdiyimiz kimi, 14 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu "Azərbaycan Supermarket" MMC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Eləcə də bax: "Bravo" istiqrazları birjada - LİSTİNQƏ DAXİL EDİLDİ
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 28 oktyabr 2021-ci il tarixində Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu "Azərbaycan Supermarket" MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC -dir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.