Kriptobirjalardakı göstəricilərdə artım müşahidə edilir.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, dünyanın ən populyar kriptovalyutası Bitkoin (BTC) artıq özünə 40 min dolların üzərində lövbər salıb.
Bakı vaxtı ilə 09:30 radələrinə $44 386 təşkil edib. Bu da günlük 3.74%, həftəlik isə 15.04% bahalaşma və 2021-ci ilin ilk iş günlərindən bu tərəfə düşdüyü enişlərdən sonra ən yüksək göstəricilər deməkdir.
Digər altcoin-lərdə də artımlar var. Məsələn, Etherium-un (ETH) qiyməti günlük 2.49%, həftəlik isə 15.52% artımla $3 168.65 səviyyəsinə çatıb.
Hazırda kriptovalyutalar da ənənəvi birjalara sanki reaksiya verir. Ötən həftənin son iş günündə ABŞ-da məşğulluqla bağlı göstəricilərin gözləniləndən daha yaxşı olmasından sonra bitkoin və “altcoin”lərdə bahalaşma başladı.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.