Bitkoinin kriptovalyutasının qiyməti 100 min dollardan yuxarı qalxaraq öz tarixi rekorduna imza atıb.
FED.az xəbər verir ki, bu barədə "Binance" platformasının məlumatlarında bildirilir.
Son 24 sutkada 7,46% artımla kriptovalyutanın qiyməti 103 min 240,79 dollara bərabər olub.
"Bitkoin"in dəyərində isə son bir həftə ərzində 7,72%, 1 ay ərzində 51,12% artım baş verib.




 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








