Kriptovalyuta bazarının lideri "Bitcoin"in qiyməti son ticarət sessiyasında 0,35% artaraq 92 037 dollar səviyyəsinə yüksəlib.
FED.az CoinMarketCap platformasına istinadən xəbər verir ki, "Bitcoin"in bazar kapitallaşması isə 1,83 trilyon dolları ötüb.
Bazarda ikinci ən iri kriptovalyuta olan Ethereum da müsbət dinamika nümayiş etdirib. Ethereumun qiyməti 3 154 dollar təşkil edib. Günlük artım 0,22%, həftəlik artım isə 1,97% olub.
Stabilkoinlər əsasən sabit qalıb. Tether (USDT) 0,9986 dollar, USDC isə 0,9997 dollar səviyyəsində ticarət olunub və kəskin dəyişiklik qeydə alınmayıb.
Altkoinlər arasında Solana diqqət çəkib. SOL-un qiyməti 142,6 dollar olub, həftəlik artım 4,84%, aylıq artım isə 5,19% təşkil edib.
Cardano (ADA) isə 0,3999 dollar səviyyəsində ticarət olunaraq həm gündəlik (0,45%), həm də həftəlik (2,42%) artım nümayiş etdirib.
Eyni zamanda, BNB (908 dollar) və XRP (2,08 dollar) üzrə məhdud dəyişikliklər müşahidə edilib. Dogecoin son sutkada 0,16% bahalaşıb.
Bazarda müşahidə olunan məhdud yüksəliş əsasən ABŞ monetar siyasəti ilə bağlı qeyri-müəyyənliyin azalması, spot ETF-lərə marağın qorunması və altkoin bazarında selektiv kapital axını ilə izah olunur.










