"Bitcoin"in dəyəri bu gündən başlayaraq aktiv şəkildə artmağa başlayıb və artıq 47 min ABŞ dolları səviyyəsini keçib.
FED.az xəbər verir ki, "Binance" kriptovalyuta birjasında Bakı vaxtı ilə saat 09:11-də "Bitcoin"in dəyəri 5,9% artaraq 47,250 min dollar təşkil edib. "CoinMarketCap" portalının məlumatlna görə, "Bitcoin"in 20 birja üzrə orta qiyməti 5,69% artaraq 47,169 min dollara bərabər olub.
Qeyd edək ki, yanvar ayında "Bitcoin"in dəyəri 17% azaldığı halda, fevral ayında kriptovalyuta 12% bahalaşmışdı. Cari ayda "Bitcoin"in dəyəri bərpa olunmağa davam edir və mart ayı üzrə 8%-lik artım qeydə alınıb. Hazırda "Bitcoin"in bazar kapitalizasiyası 890,543 mlrd. dollar təşkil edir. Son 24 saatda isə 34,222 mlrd. dollarlıq "Bitcoin" ticarət olunub. (Apa)