Keçən həftə rekord səviyyəyə - 68 min 789 dollara yüksələn Bitkoin bu həftəni itkilərlə bağlamağa hazırlaşır.
FED.az xəbər verir ki, bu gün səhərə olan malumata görə, Bitkoin son 24 saat ərzində 5,6 faiz ucuzlaşaraq 56 min 370 dollara düşüb. Həftəlik itki 13 faiz təşkil edib.
Eynilə, ötən həftə 4 min 891 dollarla tarixi zirvəsini yaşayan Ethereum da son 24 saatda 4,5 faiz azalaraq 40,54 dollar olub. Ethereum-un bu gün ərzində 4000 dollardan yuxarı olub-olmayacağı maraq doğurur.
Kriptovalyutalarda bu həftəki enişlərdə keçən həftənin rekordunun səbəb olduğu mənfəət satışları əsas rol oynayıb.
MANA-DA DİQQƏT ÇƏKƏN YÜKSƏLMƏ
Bu səhərə olan məlumata görə, bazar kapitallaşması baxımından ilk 100 kriptovalyutadan 87-sində gündəlik dəyər itkisi yaşanıb. İlk 100-də ən diqqət çəkən yüksəliş Decentralandda (MANA) olub.
Virtual dünya Decentraland-ın pul vahidi olan MANA 1 gündə 21 faiz dəyər qazanıb. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.