Kapitallaşmaya görə iki ən böyük kriptovalyutanın – "Bitcoin" və "Ethereum"un dəyəri müvafiq olaraq 6% və 9%-dən çox azalıb.
FED.az xəbər verir ki, bunu "Binance" kriptovalyuta birjasının məlumatları göstərir.
Noyabrın 15-də səhər saatlarında "Bitcoin"in məzənnəsi 6,7% azalaraq 63 777 dollara enib.
Eyni zamanda, "Ethereum"un dəyəri 9,08% azalaraq 1 753 dollara düşüb.
Bununla yanaşı gün ərzində qiymətlər bir qədər korreksiya olunub.
Belə ki, "Bitcoin"in məzənnəsi bir qədər arttaraq 65 232 dollara yüksəlib. Buna baxmayaraq Bitkoin hələ də 1 həftə əvvələ nisbətən 13% ucuzdur.
"Ethereum"un dəyəri isə gün ərzində 4% azalaraq 1 826 dollara yüksəlib. Bu bir həftə əvvəllə müqayisədə 14% atıqdır.














