Cümə günü ABŞ-da texnologiya şirkətlərinin səhmlərinin dəyər itirməsindən sonra Bitcoin kəskin şəkildə ucuzlaşıb.
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:37-də Bitcoin 7%-dən çox ucuzlşama ilə 38 min 840 dollardan ticarət olunub.
Bitcoin, bazarlarda risk iştahının azalması və texnologiya səhmlərinin ucuzlaşması ilə ilə 43 min dollar səviyyələrindən 38 min dollar səviyyələrinədək geriləyib. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.