Kriptovalyuta bazarının kapitallaşması artıb, "Bitcoin"in qiyməti 77 min dolları ötüb.
FED.az xəbər verir ki, CoinMarketCap platformasında son 24 saatda qlobal kriptovalyuta bazarının kapitallaşması 0,65% artaraq 2,58 trilyon dollara yüksəlib.
Ən böyük kriptovalyuta olan “Bitcoin”in qiyməti 0,86% artaraq 77 273,63 dollara çatıb. “Ethereum”un qiyməti 0,38% azalaraq 2 106,31 dollar olub. BNB-nin qiyməti isə 0,73% artaraq 659,29 dollara yüksəlib.
İlk onluqda yer alan digər aktivlərdən “Zcash”ın qiyməti 4,39%, “Monero”nun qiyməti 2,71% artıb. “Bitcoin Cash”ın qiyməti 0,95%, “Bittensor”un qiyməti isə 0,84% azalıb.
Qızıla əsaslanan rəqəmsal aktivlərdən “PAX Gold”un qiyməti 0,35%, “Tether Gold”un qiyməti isə 0,67% artıb.
Son 24 saatda “CoinMarketCap 20 Index” göstəricisi 0,20% yüksəlib. Kriptovalyuta bazarında qorxu və tamah indeksinin göstəricisi 40 bənd təşkil edib.
Analitiklərin fikrincə, kriptovalyuta bazarında artıma ABŞ-da kriptovalyutaların tənzimlənməsi istiqamətində müsbət gözləntilər, investorların risk iştahasının qismən bərpası və “Bitcoin”ə institusional marağın davam etməsi dəstək verib. Bununla yanaşı, bazarda qorxu və tamah indeksinin 40 bənd səviyyəsində qalması investorların hələ də ehtiyatlı davrandığını göstərir.














