Kriptovalyuta bazarında əsas aktivlərin qiymətində artım qeydə alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı CoinMarketCap platformasına istinadən xəbər verir ki, "Bitcoin"in qiyməti son 24 saatda 0,91% artaraq 68 332 dollar təşkil edib.
Kriptovalyutanın bazar kapitalizasiyası 1,36 trln. dollar səviyyəsində qiymətləndirilir.
Bazarın ikinci ən böyük kriptovalyutası olan "Ethereum" isə sutka ərzində 2,43% bahalaşaraq 2 013 dollara yüksəlib.
Digər əsas kriptoaktivlər arasında BNB-nin qiyməti 1,44% artaraq 629 dollar, "Bitcoin Cash"in qiyməti 0,02% artaraq 450 dollar olub.
Anonimliyi ilə seçilən kriptovalyutalardan Monero 1,38% artaraq 350 dollar, Zcash isə 6,06% artaraq 207 dollar səviyyəsində qərarlaşıb.
Eyni zamanda süni intellekt əsaslı layihələrdən olan Bittensor tokeninin qiyməti 10,78% artaraq 196 dollar olub.
Qızılın qiymətinə bağlı kriptoaktivlərdə isə azalma qeydə alınıb. "PAX Gold"un qiyməti 1,15% azalaraq 5 116 dollara, "Tether Gold"un qiyməti isə 1,32% azalaraq 5 075 dollara düşüb.
Məlumata görə, kriptovalyuta bazarının ümumi kapitalizasiyası 0,81% artaraq 2,33 trln. dollar səviyyəsində qərarlaşıb.
Analitiklərə görə, bazarda müşahidə olunan artım əsas kriptovalyutalarda alışların güclənməsi və investorların riskli aktivlərə marağının artması ilə bağlıdır.












