"Bitcoin"in qiyməti 2025-ci il aprelin 7-dən bəri ilk dəfə 75 min dollardan aşağı düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, "Binance" platformasının göstəricilərindən aydın olur.
Bakı vaxtı ilə saat 07:30-da kriptovalyutanın dəyəri 74 859,9 dollar (- 4,89%) təşkil edib.
Saat 07:35-də isə "Bitcoin"in enişi zəifləyib və 74 865 dollar (- 4,88%) səviyyəsində ticarət olunub.











