Coindesk saytının məlumatına görə, şənbə günü ticarət sessiyası zamanı Bitkoin 34 min 161 min dollara düşüb. Bitkoin sonuncu dəfə 2021-ci ilin iyulunda bu səviyyədə ticarət edilmişdi.
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:36-ya olan məlumata görə, Bitkoinin məzənnəsi 35 min 391 dollar səviyyəsində olub.
Cümə axşamı Rusiya Mərkəzi Bankı kriptovalyutaların yayılmasının yaratdığı təhdidləri azaltmaq üçün Rusiyada kriptovalyutaların buraxılışını, hasilatını və dövriyyəsini qadağan etmək planlarını açıqlayıb. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.