Bakı vaxtı ilə saa 09:10-dakı məlumatlarına görə, keçirilən ticarət sessiyasında Bitcoin 11,63% düşərək 46 min 413 dollara geriləyib.
Eləcə də bax: Salvador dövlət fonduna "Bitkoin" alan - İlk Ölkə Olub
FED.az xəbər verir ki, dünən Bitcoinin qiyməti 45 min 970 dollaradək düşmüşdü. Sonradan qiymət bir qədər yüksəlib.
Bitcoinin qiyməti ötən həftələr 50 min dolları aşmışdı.
Dünən Salvador Bitcoini rəsmi olaraq ödəniş vasitəsi kimi istifadə etməyə başlayıb. Həmin gün ən böyük kriptovalyutanın ucuzlaşması diqqəti çəkir.
Məşhur sərmayəçisi milyarder Mike Novogratz, Bitcoində görülən ucuzlaşmanın sərmayəçilərin bir az çox həyəcanlanmasının nəticəsi olduğunu söyləyib: "Bir az çox həyəcanlandığımızı və bu qiymət düşməsini "şardan çıxan hava kimi" olduğunu düşünürəm" deyib. (Marja)