Bitcoin-in qiyməti son günlərdə dalğalanmalar yaşasa da, yenidən yüksəliş trendinə daxil olub. Qısa müddət əvvəl 105 min dollara çatan Bitcoin daha sonra 100 min dollardan aşağı düşmüşdü. Lakin hazırkı bazar göstəriciləri kriptovalyutanın tədricən toparlandığını və 100 min dollara doğru irəlilədiyini göstərir.
Qızıl yarışında liderlər - 2024-cü ildə hansı ölkə daha çox aldı?
FED.az xəbər verir ki, Bitcoin-in cari qiyməti 97,295.61 dollardır. kriptovalyuta son 1 saat ərzində 0.29%, 24 saat ərzində 0.55%, 7 gün ərzində isə 6.69% dəyər itirib. Bununla belə, ilin əvvəlindən bəri ümumi artım 4.18% təşkil edib, bu da uzunmüddətli investorlar üçün müsbət siqnal ola bilər.
Qeyd edək ki, Bitcoin-in ümumi bazar dəyəri 1.92 trilyon dolları ötüb, günlük ticarət həcmi isə 47.7 milyard dollar (490,329 BTC) təşkil edir. Hal-hazırda dövriyyədə 19,820,781 BTC var.
Əgər bu yüksəliş davam etsə, kriptovalyutanın qiyməti yenidən 100 min dolları keçə bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.