14 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə"Bank Respublika" ASC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Birjadan FED.az-a daxil olmuş məlumata görə, 16 dekabr 2021-ci il tarixində "Bank Respublika" ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Hər bir istiqrazın nominal dəyəri 1 min manat, sayı 10 min ədəd, illik faiz dərəcəsi 8,5%, faizlərin ödəniş müddəti hər 6 aydan birdir.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
"Bank Respublika" istiqrazların yerləşdirilməsilə cəlb ediləcəyi vəsaiti əsasən Bankın kredit portfelinin artırılması və digər layihələrin maliyyələşdirilməsi üçün istifadə ediləcəkdir.