3 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank Respublika" ASC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
FED.az xəbər verir ki, 5 dekabr 2023-cü il tarixində “Bank Respublika" ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
Yerləşdirmə üzrə anderrayter “ Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Qiymətli kağızların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
Səhmlərin növü və forması |
Səhmlərin sayı |
Nominal Dəyəri |
Yerləşdirmə forması |
Yerləşdirmə tarixi |
Anderrayter |
AZ1002002884 |
Adi adlı sənədsiz səhm |
204 082 (ədəd) |
2,45 manat
|
Abunə yazılışı |
05.12.2023 |
“ Paşa Kapital İnvestisiya Şirkəti” QSC |