"Bank BTB" ASC-nin bir qədər əvvəl tədavülə buraxdığı 2 milyon manatlıq istiqrazların alıcısı məlum olub.
Eləcə də bax: Bank “BTB” 2 mln. manatlıq - İSTİQRAZ BURAXIR
FED.az xəbər verir ki, bu, Bankın səhmlərinin 74,99%-nə nəzarət edən Nigar Mehdiyevadır.
Xatırladaq ki, nominal dəyəri 1 000 manat olan 2 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Onlara cəmi 1 investor qiyməti 1 000 manat (9%), ümumi məbləği isə 2 milyon manat olan 1 sifariş təqdim edib.
Qiymətli kağızlar 6 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 9%-dir. Faizlər 1 aydan bir ödəniləcək. Prosesin anderrayteri “BTB Kapital İnvestisiya Şirkəti” ASC-dir.
"Bank BTB" daha 3 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır. Həmin qiymətli kağızları da Bankın əsas səhmdarı əldə edəcək. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.