Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 63 milyard 745,184 milyon manat təşkil edib.
"Bitkoin" 100 min dolları keçdi - TARİXİ REKORD
FED.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 5,9 dəfə artaraq 68 148 olub.
BFB-nin dövriyyəsinin 87,6 %-i, yaxud 55 milyard 827,816 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 4,3 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 21,2 % azalaraq 5 milyard 830,006 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 56 % artaraq 2 milyard 087,362 milyon manat olub. (Report)