Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 14 148,1 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,1 dəfə artaraq 10 828 olub.
BFB-nin dövriyyəsinin 48,4%-i, yaxud 6 851 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 10,5% azdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür