İyunun 17-də, saat 15:00-da “Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının ənənəvi illik yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq BFB-nin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 2A ünvanında olacaq.
Yığıncağın gündəliyinə birjanın 2020-ci ildəki fəaliyyətinə dair maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 7 yerli bank ("Azər-Türk Bank", “Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 12 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76 %-dir. ASB isə Birjada 9,52 % payla təmsil olunur. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.