28 iyun 2024-cü il tarixində saat 14:00-da "Azneftemaş"ASC-nin (VOEN 270055111) səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Mingəçevir şəhəri,Gəncə şossesi,19 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin 2023-cü ilin yekunu üzrə yekun hesabatı müzakirə olunması, digər məsələlər daxil edilib.
Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.