2023-cü ilin birinci yarısında "AzFinance İnvestisya Şirkəti" QSC-nin metal məmulatların istehsalı ilə məşğul olan "AzeSteelCompany" ASC-nin nizamnamə kapitalında payı 3,4 faiz bəndi azalaraq 61,63%-ə düşüb. Ötən ilin sonunda "AzFinance"ın şirkətdə payı 65,03% idi.
Bakı Fond Birjasında “Emitent Günü” tədbiri - BAŞ TUTUB
FED.az xəbər verir ki, 30 iyun 2023-cü il tarixində "AzeSteelCompany"şirkətinin digər səhmdarları Ağayev Kənan (7,04%), İsmayılov Camaləddin (18,45%) və digər 3 fiziki şəxsdir (12,88%).
Ötən ilin sonunda "AzeSteelCompany" ASC-də səhmdar strukturu aşağıdakı şəkildə idi:
"AzFinance İnvestisya Şirkəti" QSC 65,06%, Ağayev Kənan (7,04%), Hüseynov Ömər 3,30%, Səfərəliyeva Aysel 4,79%, İsmayılov Camaləddin 19,81%.
Beləliklə, 2023-cü ilin birinci yarısında "AzeSteelCompany" ASC-yə 1 fiziki şəxs səhmdar cəlb olunub, "AzFinance İnvestisya Şirkəti"nin və İsmayılov Camaləddinin payları azalıb. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.