Fevralın 14-də "Azərtransservis" ASC-nin baş ofisində cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED,az xəbər verir ki, yığıncağın gündəliyi ictimaiyyətə açıqlanmır. Elanda bildirilir ki, gündəliklə tanış olmaq və əlavə məlumat almaq üçün "Azərtransservis" ASC-nin baş ofisinə, həmçinin [email protected] e-mail ünvanına müraciət etmək olar.
Toplantı şirkətin Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3105-ci məhəllədə yerləşən baş ofisində baş tutacaq.