"AzerGold" QSC yeni istiqrazların buraxılışını planlaşdırır.
Eləcə də bax: “AzerGold” ilk dəfə dividend - ÖDƏYƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2021-ci ilin yekunlarına və qarşıda duran tapşırıqlara həsr olunmuş mətbuat konfransında deyib.
"AzerGold" maliyyələşdirmə üsullarını nəzərdən keçirir və istiqraz buraxılışı bu üsullardan biridir. 2020-ci ildə 20 milyon dollar məbləğində istiqrazlar buraxılıb və bunlara maraq gözlənildiyindən daha çox olub. Biz istiqrazları plana uyğun ödəyirik və çox şadıq ki, qeyri-neft sektorunda istiqraz buraxmış ilk dövlət şirkətiyik. Biz artıq yeni istiqrazların buraxılışını planlaşdırırıq", - deyə o bildirib.