"Azərbaycan Dəmir Yolları" 30 milyon dollarlıq istiqraz buraxır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət hər biri yüz dollar dəyərində olan 300 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlardan gedir.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 7 (yeddi) % təşkil edir. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən rüblük (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.
Təklifin məqsədi Emitentin hərəkət tərkibi parkının yenilənməsi üzrə prioritet investisiya layihələrinin maliyyələşdirilməsidir.
Cəlb ediləcək vəsaitlər aşağıdakı əsas aktivlərin satın alınmasına yönəldiləcək:
7 ədəd magistral lokomotiv - 25,935 milyon ABŞ dolları
20% ƏDV və gömrük rəsmiləşdirilməsi - 5,187 milyon ABŞ dolları
Anderrayter - "ABB-Invest İnvestisiya Şirkəti" QSC-dir.











