21 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AccessBank" QSC-nin ümumi dəyəri 5 milyon ABŞ dolları olan istiqrazları (Aqrar İnkişaf İstiqrazları) standart bazar seqmentində listinqə daxil edilib.
Eləcə də bax: “AccessBank” istiqrazları Bakı Fond Birjasında - LISTINQƏ DAXİL EDİLİB
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 29 noyabr 2022-ci il tarixində "AccessBank" QSC -nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 5000 ədəd, hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 5,5%, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti hər 3 aydan birdir.
Yerləşdirmə üzrə baş anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” ASC, sub anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.