29 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında "AccessBank" QSC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1000 ABŞ dolları olan AZ2004004282 dövlət qeydiyyat nömrəli, 5 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının (Aqrar İnkişaf İstiqrazları) yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
"AccessBank"ın istiqrazlarının “Açılış Zəngi” mərasimi - KEÇİRİLDİ
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 6 investor tərəfindən 1000 ABŞ dolları qiymətindən 6 sifariş təqdim edilib.
İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 1000 ABŞ dollar müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 5 milyon ABŞ dolları, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 5 milyon ABŞ dolları təşkil edib.
İstiqrazların ödəmə tarixi 29.05.2024-cü ildir.
İstiqrazın illik faiz dərəcəsi 5,5 %, faiz ödəniş dövrü isə hər 3 (üç) təqvim ayından bir təşkil edir.
Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC, sub anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.