"ABB İnvest İnvestisiya Şirkəti"nin dövriyyəsi 39% artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-avqust aylarında şirkətin birja dövriyyəsi 23 milyard 978 milyon manat təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 6 milyard 734 milyon manat və ya 39,1% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 175,1 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 3 milyard 222 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 125,4 milyon manat, səhmlər üzrə dövriyyəsi 12,3 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi isə 20 milyard 443 milyon manat olub.
Cari dövrdə "ABB İnvest"in dövlət istiqrazları üzrə dövriyyəsi 2,4 milyard manat (4 dəfə), repo əməliyyatlarının dövriyyəsi 4,2 milyard manat (26,1%), ARMB qiymətli kağızları üzrə dövriyyəsi isə 69,6 milyon manat (66%) artıb. Səhmlər üzrə dövriyyədə 12,2 milyon manat və ya 109,2 dəfə artım qeydə alınıb.
Yanvar-avqust aylarının nəticələrinə görə, "ABB İnvest"in əməliyyatlarının sayı 15,436 ədəd və ya 9,5 dəfə artımla 17,242-ə bərabər olub.