Bu ilin yanvar-dekabr aylarında “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 59,1 milyard manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 47 milyard manat və ya 4,9 dəfə çoxdur.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə 105,5 milyon manat, dövlət istiqrazları üzrə dövriyyə 1 milyard 871,1 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 324 milyon manat, səhm əməliyyatları üzrə dövriyyə 113,5 milyon manat, repo əməliyyatları üzrə dövriyyə 56,7 milyard manat təşkil edib.
Əməliyyat sayı isə 111 131 olub.
Əvvəlki illə müqayisədə dövlət istiqrazları üzrə dövriyyə 383,1 milyon manat (25,7%) səhmləri üzrə dövriyyə 112,4 milyon manat (1835,7 dəfə), repo əməliyyatları üzrə dövriyyə 46,7 milyard manat (5,7 dəfə) artıb.
Əməliyyat sayında isə 91 min 120 ədəd və ya 5,8 dəfə artım qeydə alınıb.