Bu ilin yanvar ayında “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 6,6 milyard manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 milyard manat və ya 13,5 dəfə çoxdur.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi olmayıb, dövlət istiqrazları üzrə dövriyyəsi 2,2 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 1,9 milyon manat, səhm əməliyyatları üzrə dövriyyə 1,3 milyon manat, repo əməliyyatları üzrə dövriyyə 6,6 milyard manat təşkil edib.
Əməliyyat sayı isə 3 183 olub.
Əvvəlki illə müqayisədə səhmləri üzrə dövriyyə 1,3 milyon manat (94,4 dəfə), repo əməliyyatları üzrə dövriyyə 6,2 milyard manat (14,1 dəfə) artıb.
Əməliyyat sayında isə 3 min 21 ədəd və ya 19,6 dəfə artım qeydə alınıb.