Bu ilin yanvar-noyabr aylarında “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 52,6 milyard manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,1 milyard manat və ya 6,2 dəfə çoxdur.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə 105,5 milyon manat, dövlət istiqrazları üzrə dövriyyə 1 milyard 25,5 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 133 milyon manat, səhm əməliyyatları üzrə dövriyyə 112,5 milyon manat, repo əməliyyatları üzrə dövriyyə 5,1 milyard manat təşkil edib.
Əməliyyat sayı isə 106 840 olub.
Əvvəlki illə müqayisədə səhmləri üzrə dövriyyə 112,4 milyon manat (2 713,9 dəfə), repo əməliyyatları üzrə dövriyyə 44,1 milyard manat (7,7 dəfə) artıb.
Əməliyyat sayında isə 105 min 201 ədəd və ya 65,2 dəfə artım qeydə alınıb.