Keçən il fərdi depo hesabların sayında artım olub.
FED.az xəbər verir ki, bunu Milli Depozit Mərkəzinin Strategiya şöbəsinin rəhbəri Əli Əliyev bu gün keçirilən Milli Depozit Mərkəzinin Unicapital investisiya şirkəti ilə birgə təşkil etdiyi "Depozitarın ekosistemdə rolu" mövzusunda təlimdə deyib.
"2024-cü il ərzində 30 mindən çox fərdi depo hesab açılıb. Ümumilikdə isə Milli Depozit Mərkəzində 160 mindən çox fərdi depozitar hesab var və bu hesabların 105 minə yaxın hissəsi aktiv depo hesabıdır. Xatırladım ki, 2023-cü il bu say yəni aktiv depo hesabların sayı 75 mindən çox idi. Əgər hesabın içində başqa sözlə balansında qiymətli kağız varsa bu hesab aktivdir hesab hesab edilir"- deyə o məlumat verib.